Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında məğlubiyyətlə üzləşib. Sport24.az xəbər verir ki, Bakıda Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan qarşılaşmada Sloveniyanın "ACH Volley Lyublyana" kollektivi meydan sahiblərini 3:1 hesabı ilə üstələyib.
Komandalar arasında cavab görüşü noyabrın 26-da Lyublyanada keçiriləcək.
Xatırladaq ki, "Xilasedici" bundan əvvəlki mərhələdə Portuqaliyanın "Sportinq" klubunu yarışdan kənarlaşdırmışdı.