Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında beşinci turun oyunu keçirilib. Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində "AZERRAIL" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.
Qarşılaşma "AZERRAIL"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komanda ilk setdə 25:22, ikinci setdə 25:20, üçüncü setdə isə 25:23 hesabı ilə üstün olub.
Qeyd edək ki, beşinci turun digər iki qarşılaşması təxirə salınıb. Buna "Xilasedici" və "ORDU" komandalarının avrokuboklarda iştirak etməsi, həmçinin "Gənclər"in bəzi voleybolçularının U-16 millisinin heyətində Avropa çempionatının seçmə mərhələsinə qatılması səbəb olub.