"Sumqayıt" Futbol Akademiyasının üzvləri üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar təşkil olunub. Sport24.az xəbər verir ki, U-15, U-16, U-17 və U-19 yaş qruplarının futbolçuları, məşqçiləri və klub rəsmilərinin iştirak etdiyi tədbir AMADA-nın nümayəndəsi Qüdrət Səfərovun təqdimatı ilə keçirilib.

 

Görüş zamanı nümunələrin götürülməsindən laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün mərhələləri gənc oyunçuların diqqətinə çatdırılıb. Həmçinin 11 antidopinq qayda pozuntusu, idmançıların hüquq və vəzifələri ətraflı şəkildə izah olunaraq, təmiz və dürüst idman mühitinin qorunmasında hər bir futbolçunun daşıdığı məsuliyyət xüsusi vurğulanıb.