"Real" futbolçusu Arda Güler ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2032-ci ilin yayına kimi artırılıb.
Arda 2023-cü ildən "Real"da forma geyinir. O, "kral klubu"nda 126 oyunda 22 qol vurub, 32 məhsuldar ötürmə edib.
Qeyd edək ki , Arda Türkiyənin "Fənərbağça" klubundan Madrid təmsilçisinə keçib.