Rusiya millisinin futbolçularının əksəriyyəti hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlər səbəbindən Krasnodardan yola düşə bilməyiblər. Sport24.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyini məlumat yayıb.
Rusiya Futbol İttifaqından (RFİ) agentliyə bildirib ki, milli üzvlərinin çoxu Krasnodardan uça bilməyib və "Krasnodar" futbol klubunun təlim-məşq bazasında qalıblar.
Bu gün "Rosaviatsiya" (Federal Hava Nəqliyyatı Agentliyi) Krasnodar hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı əlavə müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bu tədbirlər uçuş təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.
Qeyd edək ki, noyabrın 17-də Valeri Karpinin rəhbərlik etdiyi Rusiya yığması Krasnodarda keçirilən yoldaşlıq görüşündə Venesuelanı 2:0 hesabı ilə məğlub edib.