İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun son klubu "Melburn Viktori" olub. Avstraliya klubunda 25 oyuna çıxan yarımmüdafiçi 5 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Mata karyerası ərzində həmçinin "Valensiya", "Çelsi", "Mançester Yunayted", "Qalatasaray", "Vissel Kobe" və "Vestern Sydney" klublarının şərəfini qoruyub. İspaniya millisinin heyətində 41 oyun keçirən Mata, 10 qola imza atıb.
Çox matraqlıdır ki, "Real"ın yetirməsi olmasına baxmayaraq, mata heç vaxt bu klubun əsas heyətində meydana çıxmayıb.
Qeyd edək ki, Xuan Çempionlar Liqasının qalibi və ikiqat Avropa Liqası çempionudur. Onun titulları sırasına İspaniya Kral Kuboku (Copa del Rey), iki İngiltərə Kuboku (FA Cup), İngiltərə Liqa Kuboku və ölkə Superkuboku daxildir. O, həmçinin Türkiyə və Yaponiya çempionatlarında da qalib gəlib. Beynəlxalq səviyyədə isə o, həm Avropa Çempionatını, həm də dünya çempionatını qazanan İspaniya yığmasının üzvü olub.