"Neftçi" bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, pytaxt təmsilçisi VI turda Latviyada "Riqa" ilə üz-üzə gəlir.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, H qrupunda keçirdiyi 6 matçın yalnız birində qalib "ağ-qaralar" 7 xalla sonuncu pillədə qərarlaşıb.