"LANDAU Lions" bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxır. Sport24.az xəbər verir ki, təmsilçimiz VII tur çərçivəsində "Prievidza" (Slovakiya) ilə üz-üzə gəlir.
Bakı İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.
Qeyd edək ki, G qrupunda yer alan "LANDAU Lions" daha əvvəl keçirdiyi 6 görüşün yalnız birində qələbə qazanıb. Komanda hazırda 7 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.