Millətlər Liqasının qrup mərhələsinin başa çatmasından sonra, AVRO-2028-in seçmə mərhələsi üçün püşkatma səbətləri dəqiqləşib. Sport24.az xəbər verir ki, Azərbaycan millisi 5-ci səbətdə yer alacaq.
Qeyd edək ki, püşkatma mərasimi dekabrın 6-da Belfastda (Şimali İrlandiya) keçiriləcək.
1-ci səbət: İngiltərə, Portuqaliya, Fransa, Almaniya, İspaniya, Belçika, Niderland, Norveç, Yunanıstan, İtaliya, Danimarka, Xorvatiya
2-ci səbət: Uels, Serbiya, Türkiyə, Çexiya, İsveçrə, İsveç, Avstriya, Şimali İrlandiya, Sloveniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya
3-cü səbət: Ukrayna, Şotlandiya, Kosovo, Polşa, İsrail, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Monteneqro, Albaniya, İslandiya, Slovakiya
4-cü səbət: Estoniya, Belarus, Farer adaları, Kipr, Finlandiya, Moldova, Ermənistan, Bolqarıstan, Qazaxıstan, Lüksemburq, Latviya, San-Marino
5-ci səbət: Malta, Azərbaycan, Litva, Andorra, Cəbəllütariq, Lixtenşteyn