Afrika Millətlər Kubokunun seçmə mərhələsində IV turun bir sıra qarşılaşmaları keçirilib. Sport24.az xəbər verir ki, "Qarabağ" və "Zirə" klublarında çıxış edən Bruno Lanqa və Quimanın formasını geyindiyi Mozambik millisi səfərdə Efiopiya yığmasını 1:0 hesabı ilə məğlub edib.
Hər iki futbolçu qarşılaşmada 90 dəqiqə meydanda olub. "Qarabağ"ın müdafiəçisi Bruno Lanqa oyun ərzində sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Mozambik millisi hazırda J qrupunda 7 xalla ikinci pillədə qərarlaşıb.