"Mançester Yunayted" Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresi heyətinə qatmaq variantını nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə "Manchester Evening News" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi Maurisio Poçettino 26 yaşlı forvardı "Old Trafford"a keçid etməyə razı salmaqda əsas rol oynaya bilər. Rəhbərlik argentinalı mütəxəssisin həmyerlisi ilə təmaslarının bu çətin transferi reallaşdırmağa kömək edəcəyinə ümid bəsləyir.
Hələlik rəsmi təklif göndərilməsə də, transferin qarşısında ciddi maneələr dayanır. Yayda futbolçunu "Barselona" və "Arsenal"a satmayan "Atletiko" ona təxminən 150 milyon avro qiymət qoymuşdu. Bundan başqa, Alvaresin 2022-2024-cü illərdə rəqib "Mançester Siti"də oynaması və İngiltərəyə qayıtmağa o qədər də həvəs göstərməməsi prosesi mürəkkəbləşdirir.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 49 matçda 20 qol vuran Alvares cari mövsümə nisbətən zəif start verib (8 oyunda 1 qol, 2 məhsuldar ötürmə).