Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə federasiya məlumat yayıb.

 

Qarşılaşmalar noyabrın 21–22-də Bakı İdman Sarayında keçiriləcək.

 

Təqvimə əsasən, noyabrın 21-də saat 14:30-da "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək.

 

Noyabrın 22-də isə saat 15:00-da "Naxçıvan" – "Neftçi", saat 18:00-da "Landau Lions" – "Ordu" görüşləri baş tutacaq.