"Qalatasaray" Türkiyə Super Liqasının XII turu çərçivəsində "Samsunspor"la üz-üzə gələcək. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi oyuna ciddi itki ilə çıxacaq.

 

Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

 

Qapıçı Uğurcan Çakır komandaya kömək edə bilməyəcək. 30 yaşlı qolkiper Türkiyə milli komandasının düşərgəsində zədələnib. "Samsunspor"la görüş 21 noyabr tarixində keçiriləcək.

 

Qeyd edək ki, "Qalatasaray" Uğurcan Çakırı 2025-ci ilin yayında "Trabzonspor"dan 30 milyon avroya transfer edib. Təcrübəli "əlcək sahibi" cari mövsümdə "sarrı-qırmızılar"ın heyətində 14 rəsmi matçda meydana çıxıb, 22 qol buraxıb, 5 qarşılaşmada isə qapısını toxunulmaz saxlamağı bacarıb.