Timmi Simonsunи "Genk"in yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə belçika klubunun rəsmi saytı məlumat yayıb.

 

49 yaşlı mütəxəssis məşqçilər heyətində dəyişikliklər edərək, Belçika millisinin keçmiş hücumçusu İqor de Kamarqonu özünə köməkçi gətirib.

 

Simons futbolçu karyerası ərzində milli komandanın heyətində 94 oyun keçirib, yeddi dəfə çempionluq qazanıb və müxtəlif klubların şərəfini qoruyub.

 

Qeyd edək ki, "Gent"in yeni baş məşqçisi daha əvvəl "Zulte Varegem", "Dender", "Vesterlo" və "Aud-Heverle Löven" klublarında çalışıb.