"Qalatasaray" mövsümün sonunda heyətini tanınmış futbolçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "cim-bom" Serbiya millisinin üzvü, "Əl-Hilal"in formasını geyinən Sergey Milinkoviç-Saviçlə danışıq aparır.
Səudiyyə Ərəbistanından ayrılmaq istəyən, Avropaya geri qayıtmağı planlaşdıran təcrübəli futbolçu "Qalatasaray"a keçməyə mənfi yanaşmır.
Sadəcə Türkiyə çempionunun Milinkoviç-Saviçin istədiyi maaş verib-verə bilməyəcəyindən çox şey asılıır.
31 yaşlı futbolçunun "Əl-Hilal"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, "Voyvodina", "Genkt", "Latsio" klublarında çıxış edib.