Argentina millisinin keçmiş hücumçusu Lionel Messi 2028-ci il Amerika Kubokunda (Copa América) komandaya mentor qismində qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Motivaciones Futbol" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 39 yaşlı futbolçu oyunlarda iştirak etmədən, tribunadan gənc oyunçularla öz təcrübəsini və liderlik keyfiyyətlərini bölüşəcək. Mənbə bu rolu, Argentinanın Qətərdə keçirilən DÇ-2022-də zəfəri zamanı keçmiş hücumçu Serxio Aqueronun yerinə yetirdiyi funksiya ilə müqayisə edir.

 

Qeyd edək ki, 2005-ci ildə yığmada debüt edən Messi millinin formasında meydana çıxdığı 208 oyunda 126 qol vurub.