"Həqiqətən möhtəşəm hissdir. Millidə oynadığım üçün həmişə qürur duyurdum". Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan millisində sonuncu oyununu keçirən Emin Mahmudov deyib.
Təcrübəli yarımmüdafiəçi yığmamızın Andorraya 3:1 hesabı ilə qalib gəldiyi yoldaşlıq matçından sonra fikirlərini bölüşüb:
"Yığmada daha yaxşı nəticələr qazanmaq arzum idi. Bəzən yaxşı, bəzən isə pis oldu. Sevindirici məqamların daha çox olmasını istəyərdim. Millidə əlimizdən gələnin maksimumunu etməyə çalışırdıq. Andorra ilə matçda bir az daha yaxşı oynaya bilərdik. İkinci hissədə daha yaxşı çıxış etdik. Millidən ayrılmaq nə qədər ağır olsa da, bu, həm də nəyinsə başlanğıcıdır".
Peşəkar karyerasına Rusiyada başlayan futbolçu "Neftçi"ni və Azərbaycan millisini seçməsi ilə bağlı da danışıb:
"Neftçi"ni və Azərbaycan millisini seçməklə doğru qərar vermişəm. Andorra ilə qarşılaşmada mən meydanı tərk edəndən sonra komandamız penalti qazandı. Məyusluq hissi keçirmədim. Oynamaq belə xoş idi. Bunu heç düşünmədim. Əsas qələbə qazanmaq idi. Komanda yoldaşlarım meydanda məni daha çox axtarır və top verməyə çalışırdılar. Hamısına təşəkkür edirəm. Əsl ailə kimiyik. Yaxşı nəticə də qazandıq".
Qeyd edək ki, Emin Mahmudov 16 qolla Azərbaycan millisinin tarixinin bombardiridir.