Naxçıvanda futbol hakimi olmaq istəyənlər üçün ödənişsiz seminar keçiriləcək. Sport24.az xəbər verir ki, bunu Naxçıvan Futbol Federasiyası açıqlayıb.
Məqsəd gənc referilərin hazırlanması və gələcəkdə AFFA-nın bayrağı altında keçiriləcək oyunlara cəlb olunmasıdır.
Qeyd edək ki, seminar AFFA və NFF-nin dəstəyi ilə reallaşacaq.