Azərbaycan karateçiləri Gürcüstanda keçirilmiş WKF üzrə "Tbilisi Open-2026" beynəlxalq turnirində 23 medal qazanıblar. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.

 

Ölkə təmsilçiləri yarışda 9 qızıl, 2 gümüş və 12 bürünc mükafata sahib çıxıblar.

 

Qeyd edək ki, turnirdə yeddi ölkədən yeniyetmə, gənc və böyüklər arasında 600 idmançı iştirak edib. Azərbaycanı hakim qismində Mehman Əlirzayev və Murad Hacızadə təmsil ediblər.