"Neftçi"nin futbolçusu Sessi D`Almeydanın çıxış etdiyi Benin yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsində növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə Mərkəzi Afrika ilə üz-üzə gəlib.

 


Matç Beninin qələbəsi ilə başa çatıb - 1:0.

 

Görüşün taleyini həll edən yeganə qolu 90+3-cü dəqiqədə  Ede Oloko vurub. 

Komandasının kapitanı olan D`Almeyda oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. 

 

Benin 4 turdan sonra 10 xalla qrup lideridir.