Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatının açılış günü Azərbaycan millisi üçün uğurla yadda qalıb. Sport24.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı turnirdə ilk gündə rinqə çıxan hər iki boksçumuz növbəti mərhələyə yüksəlib.
60 kq çəkidə Məhəmmədəli Aşırəliyev gərgin keçən görüşdə yunanıstanlı Georgios Pliası (3:2), 70 kq-da isə Nicat Alırzayev belçikalı İdris Əhməd Xlifini üçüncü raundda tam üstünlüklə məğlub edərək 1/8 finala adlayıb.
Noyabrın 18-də baş tutacaq növbəti mərhələdə Aşırəliyev israilli Abdullah Rahal, Alırzayev isə litvalı Edqaras Trotenskislə qarşılaşacaq.