Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan çimərlik güləşçiləri uğurlu çıxışlarını sürdürürlər. Sport24.az xəbər verir ki, mübarizəyə qoşulan daha iki idmançımız ilk iki qarşılaşmasını qələbə ilə başa vurub.
70 kq çəki dərəcəsində yarışan Tunar Quliyev A qrupunda Yeni Zelandiya və Anqola təmsilçilərini üstələyib. Onun sonuncu rəqibi Puerto-Riko güləşçisi olacaq.
90 kq çəkidə mübarizə aparan Elgün Kərimli isə B qrupunda Moldova və Mərakeş idmançılarını məğlub edib. Kərimli qrup mərhələsinin son matçında Braziliya təmsilçisi ilə üz-üzə gələcək. Hər iki idmançımız son qarşılaşmada da qələbə qazanacağı təqdirdə yarımfinala vəsiqəni təmin edəcək.