Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə Dünya Çempionatında sərbəst güləşçimiz Giorgi Meşvildişvili növbəti qələbəsini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, ən ağır çəki dərəcəsində (125 kq) qüvvəsini sınayan təmsilçimiz 1/4 final mərhələsində Türkiyə idmançısı Hakan Büyükçınqılla qarşılaşıb.

 

Pəhləvanımız 10:1 hesablı darmadağınla qələbə qazanaraq adını yarımfinala yazdırıb.

 

Xatırladaq ki, daha əvvəl mundialda mübarizəni başa vuran yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) çempion olaraq qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medala yiyələniblər.