"Mançester Siti" və Xorvatiya millisinin üzvü Mateo Kovaçiç Türkiyəyə yollanmağa hazırlaşır. Sport24.az xəbər verir ki, 32 yaşlı futbolçu "Fənərbaxça" ilə danışıq aparır.
Xorvat yarımmüdafiəçi İstanbul klubundan sərfəli təklif alıb. Kovaçiç özü də Türkiyəyə yollanmağı götür-qoy edir. Onun "şəhərlilər"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Kovaçiç "Dinamo"(Zaqreb), "İnter", "Real"(Madrid), "Çelsi" klublarının formasını geyinib.