Türkiyə Super Liqasının IX turunun "Qalatasaray" – "Fənərbağça" matçının final fitindən sonra futbolçular arasında mübahisə düşüb. Sport24.az xəbər verir ki, meydan sahiblərinin heyətində müdafiəçi Abdulkerim Bardakçı ilə qonaqların cinah oyunçusu Arçe Braun dava edib.

 

Tərəflər polisin müdaxiləsindən sonra sakitləşib.

 

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin hər iki oyunçunu cəzalandırıb. Abdulkerim Bardakçı 2, Arçr Braun isə 3 oyunluq diskvalifikasiya olunub.

 

Qeyd edək ki, "Qalatasaray" "Fənərbağça"nı 2:1 hesabıyla məğlub edib.