Argentinalı hücumçu Mauro İkardi karyerasını bitirmək fikrində olmadığını açıqlayıb. Sport24.az xəbər verir ki, "Qalatasaray"ın sabiq forvardı bu barədə "Repubblica" nəşrinə müsahibəsində bildirib:
"Meydanda, artıq heç nəyə qadir olmadığımı düşünənlərə yanıldıqlarını sübut etmək üçün dəli kimi məşq edirəm. Yenidən İtaliyada oynamağı arzulayıram.
"İnter"? Kapitanlıq sarğısını itirmək mənə çox pis təsir etmişdi. Bəzi məqamlarda düzgün davranmamışdım, amma indi daha təmkinli olardım. Artıq yetkinləşmişəm".
Qeyd edək ki, 33 yaşlı hücumçu ötən mövsümün sonunda "Qalatasaray"dan ayrılandan sonra azad agent statusu daşıyır.