Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın bir güləşçisi qızıl medal qazanıb, digər idmançımız isə final görüşünə çıxacaq.
55 kq çəki dərəcəsində 4 qat dünya çempionu Eldəniz Əzizli finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək beşqat dünya çempionu olub.
77 kq-da isə Sənan Süleymanov həlledici görüşdə Moldova təmsilçisi Aleksandrin Qutu ilə qarşılaşacaq.
Bundan başqa bun gün Azərbaycanın 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Qeyd edək ki, 72 kq çəki dərəcəsində Ülvi Qənizadə ilk mərhələdən azaddır. 97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da isə Sərxan Məmmədov braziliyalı Gilyerme Evanjelista Diasla qarşılaşacaq.