"Real" İspaniya La Liqasının IX turunda bu gün "Barselona"nın qonağı olacaq. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua "El Klasiko"nu buraxacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qapıçı qrip səbəbindən görüşdə iştirak etməyəcək.

 

"Barselona" – "Real" oyununa saat 00:00-da start veriləcək.