"Mançester Yunayted", "Liverpul" və "Arsenal" "Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Lennart Karlı diqqətdə saxlayırlar. Sport24.az "TEAMtalk"a istinadən xəbər verir ki, 18 yaşlı alman futbolçu bu mövsüm daha çox oyun vaxtı qazanacağına ümid etsə də, əksinə, meydanda keçirdiyi dəqiqələr azalıb.
Mənbənin sözlərinə görə, "Bavariya"nın Karl ilə bağlı narahatlıqları yalnız meydançadakı məsələlərlə məhdudlaşmır. Klub futbolçunun meydandan kənardakı bəzi davranışlarından narazıdır və onun öz inkişafına diqqət yetirməsini istəyir.
Vasitəçilər maraqlı klublarla əlaqə saxlayırlar. Əgər yarımmüdafiəçinin vəziyyəti yaxşılaşmasa, onun gələcəyi 2027-ci ildə müzakirə mövzusuna çevrilə bilər.
Qeyd edək ki, Karl bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 60 milyon avro qiymətlədnririr.