"Kəpəz" klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb. Sport24.az xəbər verir ki, belə ki, futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın II təsnifat mərhələsində "Baku Sportinq", həm də Misli Premyer Liqasının X turu çərçivəsində "İmişli"yə qarşı matçların biletlərini əldə edə bilərlər.

 

Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədir.

 

Satış "iticket.az" saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.

 

Qeyd edək ki, "Kəpəz" "Baku Sportinq"i oktyabrın 28-də, "İmişli"ni isə noyabrın 1-də qəbul edəcək.