Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında bu gün növbəti oyunlarını keçirəcək. Sport 24.az xəbər verir ki, yığmamız saat 12:45-də Andorra ilə qarşəlaşacaq.
19:30-da baş tutacaq görüşdə isə rəqib Avstraliya millisiolacaq.
Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Qeyd edək ki, U-15 turnirdə keçirdiyi ilk matçda Timor-Leste yığması ilə üz-üzə gəlib. Bakı Kristal Zalında baş tutan görüş Azərbaycan komandasının baş 6:0 hesablı qələbəsi ilə başa çatıb. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.