Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatına bu gün start veriləcək. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd təmsilçisi mübarizəyə başlayacaq.

 

Yunan-Roma güləşində 4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Qurban Qurbanov (82 kq) güləşəcək.

 

Turnir noyabrın 1-də başa çatacaq.