"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının 10-cu turunda "Real"a(Madrid) qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ispaniyalı futbolçu "El-Klasiko" öncəsi komandasının qələbə şansını dəyərləndirib.
Lopes bildirib ki, "Barselona" öz oyun üslubuna sadiq qalarsa, qələbə qazana bilər: "Öz oyunumuzu nümayiş etdirsək, qələbə qazanmaq şansımız olacaq. Bu, həmişə oynamağı sevdiyim matçdır. Uşaqlıqdan "El-Klasiko"da oynamağı arzulamışam. Həqiqətən "El-Klasiko"da oynamaq uşaqlıq arzum olub. Emosiyalarımızı idarə etməliyik. Belə oyunlar gərginlik və ehtirasla dolu olur".
Qeyd edək ki, "Barselona" – "Real" qarşılaşması oktyabrın 25-də Barselonadakı "Spotify Kamp Nou" stadionunda keçiriləcək.
Hazırda Kataloniya təmsilçisi 27 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. "Real" isə 21 xalla üçüncü pillədə qərarlaşıb.