Misli Premyer Liqasının I dövrəsinə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" 11-ci tur çərçivəsində "Sabah Arena"da "Şamaxı"nı qəbul edir.

 

ötən tur mövsümdə ilk məğlubiyyət acısı dadan meydan sahibləri bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlinin 2-ci pilləsinə yüksələcək. Bir oyunu təxirə salınan "bayquşlar" hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb. 

"Şamaxı" isə çətin Bakı səfərində heç-heçə etsə və ya qələbə qazansa belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Azər Bağırovun baş məşqçi olduğu kollektiv 13 xalla 7-ci yerdədir.  

 

Qeyd edək ki, Premyer Liqada 12-ci tura noyabrın 20-də start veriləcək.

 

Misli Premyer Liqası

I dövrə, XI tur

 

17:30. "Sabah" - Şamaxı"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Rəvan Həmzəzadə 
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mərdəkan. "Sabah Arena".

 

"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 80. Akim Zedadka 27. Timoteuş Puxaç 37. Du Keyros 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 34. Ksander Severina 18. Karlos Eduardo

Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 1. Amin Ramazanov 17. Tellur Mütəllimov 6. Abdulax Xaybulaev 16. Rauf Rüstəmli 9. Xəyal Əliyev 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 4. Eyden Makkarti 23. Yunes Laşaab 8. Kristian Nvaçukvu

Baş məşqçi: Valdas Dambrauskas

"Şamaxı": 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 11. Ayman Bouali 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu

Baş məşqçi: Azər Bağırov