Azərbaycanın kayak və kanoeçiləri Gürcüstanın Batumi şəhərində təşkil olunan beynəlxalq super sprint reqatasında iki medal qazanıblar. Sport24.az xəbər verir ki, noyabrın 7-də başa çatan yarışda idmançılarımız 2 medlla yadda qalıblar.
Super sprint qaydalarına əsasən, 100 metr məsafəyə keçirilən yürüşlərdə Hüseyn Səmədli kanoe qayığında üçüncü yeri tutaraq bürünc medala sahib olub.
Amil Ramazanov isə kayak qayığında finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.