Qərb Regional Futbol Federasiyası (QRFF) prezidenti Nadir Nəbiyevin AFFA-nın baş katibi Cahangir Fərəcullayevə müraciətindən sonra AFFA nümayəndələri bölgəyə səfər ediblər. Sport24.az xəbər verir ki, qurumun Binaların İdarə Edilməsi və Tikinti Layihələri Bölməsinin rəhbəri Vaqif Xəlilzadə və bölmənin meneceri Vasif Qafarov QRFF-nin prezidenti Nadir Nəbiyevlə birlikdə dörd rayonda yerləşən futbol infrastrukturu obyektlərinə baxış keçiriblər.

 

Səfər çərçivəsində Tovuz rayonunun Abulbəyli kəndində yerləşən yeni təlim-məşq bazası, Ağstafa və Qazax şəhər stadionları, eləcə də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yeni inşa olunan baza ilə tanışlıq olub.

 

Əməkdaşlığın ilkin nəticəsi olaraq artıq AFFA tərəfindən Ağstafa şəhər stadionuna müxtəlif inventar və avadanlıqlar hədiyyə olunub.