Ötən gecə Argentina liqasının "Klausura" turnirinin 16-cı turunda "Boka Xuniors" "Defensa i Xustisiya" üzərində 1:0 hesablı çətin qələbə qazanıb. Sport24.az xəbər verir ki, bununla da komanda 2026-cı il mövsümü üçün Argentina liqasının çempionu olub. Komanda ümumi illik turnir cədvəlini 63 xalla başa vuraraq, ikinci yeri tutan "Rosario Sentral"ı bir xal qabaqlayıb.

 

Argentina çempionatı iki ayrı turnirdən – "Apertura" (Apertura) və "Klausura"dan ibarətdir. 30 kollektiv hər birində 15 komanda olmaqla iki qrupa bölünür. Qrup mərhələsində klublar 16 oyun keçirirlər. 14-ü öz qruplarındakı, 2-si isə digər qrupdakı rəqiblərə qarşı. Daha sonra hər qrupdan ilk səkkiz yeri tutanlar turnirin qalibini müəyyən etmək üçün pley-off mərhələsinə yüksəlirlər.

 

Həmçinin, "Apertura" və "Klausura"nın qrup mərhələlərinin nəticələrinə əsasən ümumi illik turnir cədvəli tərtib olunur. Bu cədvəldə birinci yeri tutan komanda liqa çempionu tituluna sahib olur – "Boka Xuniors"un hazırda qazandığı titul da məhz budur.

 

Qeyd edək ki, 2026-cı il "Apertura" turnirinin qalibi pley-off mərhələsindən sonra "Belqrano" olub, "Klausura"nın qalibi isə dekabrın 13-də müəyyənləşəcək.