"Bavariya"nın təcrübəli qapıçısı Manuel Noyer Almaniya Bundesliqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, təcrübəli qolkiper IX turda "Maynts"la səfər matçında meydana çıxmaqla Münhen təmsilçisinin çempionat tarixində forma geyinən ən yaşlı futbolçusu olub.

 

40 yaş 225 günlüyündə bu uğura yiyələnən Noyer, əvvəlki rekordsmen Bernd Dreheri (40 yaş 198 gün) geridə qoyub.

 

Almaniyalı əlcək sahibi həmçinin Bundesliqa tarixinin ən yaşlı 3-cü qapıçısı olub. Bu siyahıda yalnız Uli Ştayn (42 yaş, 170 gün) və Toni Şumaxer (42 yaş, 73 gün) ondan öndə yer alır.