19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam etdirir. Sport24.az xəbər verir ki, komanda hazırlıq prosesini noyabrın 8-dək paytaxtda keçirdikdən sonra Serbiyaya yollanacaq.

 

Yığmamız noyabrın 9-dan 18-dək Serbiyada təşkil olunacaq UEFA U-19 Çempionatının II seçmə mərhələsində iştirak edəcək.

 

Milli komandamız qrup mərhələsində noyabrın 11-də Monteneqro, noyabrın 14-də Serbiya, noyabrın 17-də isə Farer adaları ilə qarşılaşacaq.

 

Qarşılaşmaların təqvimi:

 

11 noyabr
Azərbaycan – Monteneqro
"Vojdovaç Stadion", Belqrad
14:00 (Bakı vaxtı)

 

14 noyabr
Serbiya – Azərbaycan
"Mladost" İdman Kompleksi, Pançevo
19:00 (Bakı vaxtı)

 

17 noyabr
Farer adaları – Azərbaycan
"Vojdovaç Stadion", Belqrad
19:00 (Bakı vaxtı)

 

Milli komandanın heyətini təqdim edirik:

 

No Ad, soyad Klub
1 Rauf Əyyubov Sabah FK
2 Nurəziz Əzizov Neftçi PFK
3 Məhdi Həsənov Neftçi PFK
4 Tuncay Əhmədov Sabah FK
5 Əlibəy Mahmudov Sabah FK
6 Rəşad Gülüşov Sabah FK
7 Müseyib Bəşirov Qəbələ İK
8 Emir Fətiyev Sumqayıt FK
9 Rəvan Teymurov Qarabağ KF
10 Məhəmməd Çodarov Sabah FK
11 Amin Rzayev Qarabağ FK
12 Əhməd Vəliyev Qarabağ KF
13 Abdulaziz Cabbarlı Qarabağ FK
14 Əli Qazıbəyov Qarabağ FK
15 Elvin Vəliyev Neftçi PFK
16 Əhliman Süleymanzadə Zirə FK
17 Mustafa Kamara Sent-Trüyden (Belçika)
18 Əli Əliyev Qarabağ KF
19 Vüsal Kərimov Neftçi PFK
20 Ümid Səlimov Sabah FK
21 Əli İbrahim Qarabağ FK