Misli Premyer Liqasının XI turunda bu gün "Zirə" ilə "Qəbələ" üz-üzə gələcək. Sport24.az xəbər verir ki, qarşılaşma saat 18:30-da başlayacaq.

Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bu görüşlərin 11-də Bakı təmsilçisi, 12-də bölgə klubu qələbə qazanıb. Daha 15 matçda isə qalib müəyyənləşməyib.

"Zirə" rəqibinə qarşı çempionatdakı son dörd oyunun hamısında qalib gəlib. "Qəbələ" isə əvvəlki altı qarşılaşmada qələbə qazana bilməyib.

Qeyd edək ki, "qartallar" 16 xalla turnir cədvəlinin altıncı, "Qəbələ" isə 8 xalla onuncu pilləsində qərarlaşıb