Misli Premyer Liqasında 11-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.

 

Günün ilk matçında turnir cədvəlinin alt pillələrində yer alan komandalar üz-üzə gəlir. Aktivində 3 xal olan və 12-ci yerdə "lövbər salan" "Araz-Naxçıvan", bir xal çox toplamaqla 11-ci pillədə qərarlaşan "Şəfa"nın qonağıdır. İlk dövrənin son oyunu hər iki kollektiv üçün çox önəmlidir. "SOCAR Polymer Arena"da baş tutacaq görüşü 6 xallıq oyun da adlandırmaq olar.

 

Qeyd edək ki, dünən turu 11-ci tur çərçivəsində 2 qarşılama baş tutub. "Qarabağ" öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olubsa, "Neftçi" "doğma divarlar" arasında "Kəpəz"ə qalib gəlib - 1:0.

 

Misli Premyer Liqası

I dövrə, XI tur

16:00. "Şəfa" - Araz-Naxçıvan"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev
VAR: Emin Əliyev 
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Şəfa": 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 8. Vlad Pop 22. Umar Diav 34. Kristofer Mamenqi 7. Treyvon Fuller

 

Baş məşqçi: Zaur Həşimov

 

"Araz-Naxçıvan": 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 5. Luka Dumançiç

 

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 19. Abdallah Sudi

 

Baş məşqçi: Yuri Maksimov