İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, A Seriyası nəhənginin əsas hədəfi "Çelsi"də çıxış edən Ceymi Gittensdir.

 

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

 

"Roma" ingiltərəli vingeri yanvarda heyətinə qatmağa çalışacaq. "Canavarlar"ın hədəfi 22 yaşlı futbolçunu icarəyə götürməkdir.

 

Qeyd edək ki, "Çelsi" Ceymi Gittensi 2025-ci ilin yayında "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 2 rəsmi matçda cəmi 55 dəqiqə meydanda olub.