Misli Premter Liqasının 11-ci turunun ikinci oyun gününə Zirədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, Bakıətrafı qəsəbənin eyniadlı təmsilçisi doğma meydanda "Qəbələ""ni qonaq edir.

 

İlk dövrənin sonuncu turu ərəfəsində aktivində 16 xal olan meydan sahibləri 6-cı, qonaqlar isə 8 xalla 10-cu pillədə qərarlaşıb. "Qartallar" bu gün qalib gələcəyi halda dünən xal itirən "Kəpəz"i geridə qoyaraq 4-cü yerə yüksələ, "Qarabağ"la xallarını bərabərləşdirə bilər. "Qırmızı-qaralar" isə 3 xal qazanacağı təqdirdə təhlükəli zondan bir qədər aralanacaq.

 

Qeyd edək ki, tur sabah keçiriləcək "İmişi" - "Sumqayıt", "Sabah" - "Şamaxı" oyunları ilə başa çatacaq.

 

Misli Premyer Liqası

I Dövrə, XI tur

18:30. "Zirə" - "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov
VAR: Kamranbəy Rəhimov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə. İdman Kompleksinin stadionu.

 

"Zirə": 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 14. Elçin Əlicanov 11. Ayxan Hüseynov 4. Ruan Renato 9. Davit Volkov 21. Rikardo Martins 5. Ange Mutsinzi 3. Dimitri Leqbo 7. Eren Aydın 33. Mehdi Mişahşah

Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 2. Amin Seydiyev 48. Ramiz Muradov 57. Yusif Hacıyev 17. Vierinya 23. Dameyn Smit 29. Kris Diqbeu

Baş məşqçi: Rəşad Sadıqov

"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 23. Rafael Utziq 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 80. Meşak Uboçioma 3. Edson Eduardo

Ehtiyat oyunçular: 32. Artur Motta 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 21. Ziya Şəkərxanov 8. Endri Çekici 7. Bruno Silva 5. Natan Monzanqo

Baş məşqçi: Yeton Bekiri