"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib. Sport24.az xəbər verir ki, dünən Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə qüvvəsini sınayan gəncəlilər üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, "sarı-göylər" hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.
Qeyd edək ki, fasilədən sonra "Kəpəz" Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma publika önündə "Qarabağ"a qarşı keçirəcək.