Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatının keçiriləcəyi tarix və məkan müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

 

Yarış noyabrın 14-15 tarixlərində Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq. Paytaxt birinciliyində 35 klub və idman cəmiyyətini təmsil edən 245 cüdoçu (201 kişi, 44 qadın) ümumilikdə 14 çəki dərəcəsində fəxri kürsü uğrunda tatamiyə çıxacaq.

 

Yarışın təşkil olunmasında əsas məqsəd Azərbaycan çempionatında iştirak hüququ verən kvotalara yiyələnəcək idmançıların adlarına aydınlıq gətirməkdir.