İsraildə futbol üzrə Superliqanın 10-cu turu çərçivəsində bir sıra oyunlar keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Rüfat Abdullazadənin çıxış etdiyi "İroni" (Kiryat-Şmona) doğma meydanda Hapoel Hayfa"nı qəbul edib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullazadə matçın 58-ci dəqiqəsində meydana daxil olub.
Hazırda "İroni" 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.