"Napoli"nin prezidenti Aurelio De Laurentiis baş məşqçi Massimiliano Alleqrinin oyundan əvvəlki mətbuat konfransını, onun başlamasına cəmi 10 dəqiqə qalmış ləğv edib. Sport24.az xəbər verir ki, klub prezidenti baş məşqçinin jurnalistlər qarşısına çıxmasını məqsədəuyğun hesab etməyib.

 

DE Laurentiis məsələ ilə bağlı "X" sosial media hesabında paylaşım edib, qərarını belə əsaslandırıb:

 

"Napoli"də heç bir problem yoxdur. Növbəti mətbuat konfransını keçirmək üzrə olduğumuzu görəndə, onu ləğv etmək qərarına gəldim. Niyə? Çünki mən oyunlardan əvvəl mətbuat konfranslarının keçirilməsini zəruri hesab etmirəm. Xüsusilə də nəzərə alsaq ki, biz hər üç gündən bir oynayırıq.

Hazırda təlim-məşq toplanışındayıq və oyunçuların matça diqqətini cəmləməsinə mane ola biləcək hər hansı yayındırıcı amildən qaçmalıyıq. Komanda təlim-məşq toplanışında olanda, hər kəs [kənar müdaxilələrdən] tam şəkildə qorunmalıdır".

 

Qeyd edək ki, "Napoli" bu gün öz meydanında "Latsio" ilə qarşılaşır.