Misli Premyer Liqasının 11-ci turunun son oyun günündə daha 2 oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Yevlaxda baş tutacaq.
"İmişli" "Sumqayıt"ı qəbul edir. Bu görüş ərəfəsində aktivində 10 xal olan nominal meydan sahibləri turnir cədvəlinin 8-ci, qonaqlar isə 9 xalla (bir oyunu təxirə düşüb) 9-cu pilləsində qərarlaşıb. Heç şübhəsiz ki, hər iki kollektiv bugünkü mtçdan qələbə ilə ayrılıb, milli komandalar oyunları üçün nəzərdə tutulmuş fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq istəyir.
Qeyd edək ki, dünən 11-ci tur çərçivəsində 2 görüş baş tutub. "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib, "Şəfa" - "Araz-Naxçıvan" (2:2) qarşılaşmasında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
I dövrə, XI tur
15:00. "İmişli" - "Sumqayıt"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax. Şəhər stadionu.
"İmişli": 1. Yusif İmanov, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 23. Dioqo Rollo, 7. Luis Silvestr, 8. Xuan Hernandes.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 77. Fərid Nəbiyev, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 9. Dioqo Almeyda, 10. Dioqo Kardozu, 42. Sebai Senin.
Məşqçi: Ervins Perkons.
"Sumqayıt": 16. Marko Yohanson, 29. Emil Mustafayev, 17. Nihad Əhmədzadə, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskez, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tiaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 19. Roi Kehat, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.