"Fənərbaxça"nın futbolçusu Mert Müldür karyerasını yenidən xaricdə davam etdirə bilər. Sport24.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Atalanta" ilə danışıq aparır.

 

Berqamo təmsilçisi qışda türk futbolçunun keçidini həll etməyi planlaşdırır. "Fənərbaxça" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, qışda "Atalanta"ya icarəyə yollanacaq, mövsümün sonunda isə İtaliya klubu Mert üçün "Fənərbaxça"ya 3 milyon ödəniş edəcək.

 

Qeyd edək ki, Müldür "Rapid"in yetirməsidir. Bundan savayı isə "Sassuolo"nun formasını geyinib.