"Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununa çıxıb. Sport24.az xəbər verir ki, yubiley matçı Misli Premyer Liqasının XI turunda "Turan Tovuz"la ev görüşünə təsadüf edib.

 

Ağdam təmsilçisi həmin qarşılaşmada 0:1 hesabı ilə məğlub olub.

 

Məhəmmədəliyev "Qarabağ"da debütünü 2016/17 mövsümündə edib. O, klubun heyətində keçirdiyi 100 çempionat matçında 54 qol buraxıb.

 

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan çempionatları tarixində eyni komandanın heyətində 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub.